Bunun üçün şəxsiyyət vəsiqənizi ( və ya şəklini) və istifadəçi
kodunuzu kuryerə təqdim etməyiniz kifayətdir.
Bəli, sizin şəxsiyyət vəsiqənizlə və ya vəsiqənizin şəkli ilə
müştəri kodunuzu təqdim edərək başqa biri bağlamanızı təhvil ala bilər.
Xarici anbara daxil olduqdan sonra gömrüyə bəyan edilən bağlamalar həftədə 5 dəfə Türkiyədən yola salınır.
Bağlamaların satıcı mağazadan bizim xarici ünvana çatdırılması isə mağazadan,
bağlamanın təmin edilmə vaxtından və sifariş
sıxlığından asılı olaraq dəyişir.
Türkiyədən göndərilən bağlamanızın
fiziki çəkisinə görə hesablanan məbləğdən əlavə 5$ da ödəniş edirsiniz.
Türkiyədən sifariş olunan bağlamalar Bakı və Sumqayıt ərazilərində birbaşa çatdırılır.
Bizim əməkdaşlarımız bu proseduru sizin əvəzinizdən həll edib, bağlamanızı sizə təhvil vermək üçün çalışacaqlar,
lakin sizin fiziki olaraq iştirakınız mütləq olduğu halda siz, daşınma xərcini ödədikdən sonra əldə etdiyiniz qaimə və barkode ilə birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək bağlamanız haqda ətraflı məlumat əldə edib rəsmiləşdirə və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək təhvil ala biləcəksiniz.